Yunanıstan Baş naziri Kiryakos Mitsotakis üzərində “Kipr Respublikası” yazılmış təyyarəni Cənubi Kiprin hökumət başçısı Nikos Anastasiadisə təhvil verib.
Teleqraf.com xəbər verir ki, yunan mühəndislər tərəfindən yenidən işlənmiş təyyarə Kipr adasından birbaşa Brüsselə uça biləcək.
Yunanıstanda illərlə “prezident təyyarəsi” kimi istifadə edilən “Embraer-135LR” tipli VİP təyyarənin çatdırılması Afinadakı Elefsina aviabazasında baş tutub.
Rəsmi mərasimdə Yunanıstan və Cənubi Kipr baş nazirləri iştirak edib.
Yunanıstanın Aerokosmik Agentliyinin (EAV) mühəndisləri təyyarənin Kipr adasından Brüsselə fasiləsiz uça bilməsi üçün yanacaq çənlərini dəyişdiriblər.
Mərasimdə təyyarənin hədiyyə edildiyini söyləyən Mitsotakis qeyd edib:
“Kipr prezident təyyarəsi olmayan yeganə Avropa Birliyi üzvü idi. Buna ehtiyacımız vardı. İndi birbaşa Brüsselə uça bilərik”.