5 Dekabr 2014 23:41
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Bazel şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu şəhərdə keçirilmiş 21-ci sessiyasına və ümumilikdə təşkilatın fəaliyyətinə etiraz olaraq mitinq keçirilib.

APA-nın verdiyi məlumata görə, iki minə yaxın iştirakçısı olan mitinq solçu və kommunist qruplar tərəfindən təşkil olunub.

Bazelin “Mattauz” meydanında toplaşan, qırmızı bayraqlar və ATƏT əleyhinə şüarlar səsləndirən iştirakçılar “Markplattz” meydanından da keçməklə “Claraplatz”a qədər yürüş ediblər.

Ətraf küçələr polis tərəfindən nəzarət altına alınıb, kordon qurulub. Qeyd edək ki, ATƏT XİN başçıları Şurasının 21-ci sessiyası bu gün başa çatıb.


Müəllif:

Oxşar xəbərlər