6 Dekabr 2014 09:01
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada 20 yaşlı gənc 6 yoldaşı ilə birlikdə İŞİD-ə qoşulduğuna görə, cinayət məsuliyyətinə cəlb edilərək məhkum edlib. Kreşnik B. adlı bu şəxs terrorçu təşkilatın üzvü olduğu üçün 3 il 9 ay həbs cəzası alıb.

Teleqraf.com-un məlumatına görə, müvafiq qərar Frankfurt Ali Əyalət Məhkəməsi tərəfindən qəbul edilib. Kreşnik təkcə terror təşkilatına üzv olmaqla kifayətlənməyib, həm də İŞİD-in sıralarında Suriyada gedən döyüşlərdə iştirak edib.

Məhkəmənin müvafiq qərarı elan olunan zaman o, “Mən şəhid olaraq ölmək istəyirəm cavabını verib”. Kreşnik 2013-cü ilin iyun ayında Suriyaya gedərək, İŞİD-in sıralarına qatılıb. Yaxınlarının geri qayıtmaq barədə təkidli xahişlərinin isə uzun müddət rədd edib.

Belə olduqda doğmaları onun barəsində yerli hüquq-mühafizə orqanlarına məlumat veriblər. O ötən ilin sonunda dekbar ayında Almaniyaya geri dönərkən hava limanında saxlanılıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər