8 Sentyabr 2022 08:29
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin verdiyi məlumata görə, Birləşmiş Koordinasiya Mərkəzi Qara dəniz taxıl təşəbbüsü çərçivəsində sentyabrın 8-də ərzaq yüklü beş gəmiyə Ukrayna limanlarını tərk etməyə icazə verib.

Teleqraf.com xəbər verir ki, Birləşmiş Koordinasiya Mərkəzi Qara dəniz taxıl təşəbbüsü çərçivəsində ümumilikdə 83 241 ton taxıl və digər ərzaq məhsulları daşıyan beş gəminin yola salınmasına razılaşıb.

İyulun 22-də İstanbulda BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə Ukraynanın üç limanından - Çernomorsk, Odessa və Yujnı limanlarından taxıl ixracı üçün dəhlizin yaradılmasına dair iki sənəd imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər