Rusiyalı teleaparıcı Vladimir Solovyov üzündə görünən xəsarət izlərinin səbəbini açıqlamaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə sual ünvanlayan jurnalistə o, kobud cavab verib.
“Bunun sənə dəxli yoxdur”, - Solovyov jurnalistə deyib.
Sentyabrın 7-də teleaparıcı “Soloviev Live” proqramında üzündə xəsarət izləri ilə görünüb. Bundan sonra teleaparıcının zədələnmiş dərisi makiyajla örtülüb.
Bir müddət əvvəl müğənni Alla Puqaçova Rusiyaya qayıtdıqdan sonra “onun başını əzməyə” hazırlaşdığını demişdi. İndi Rusiyada çoxları hesab edir ki, Puqaçova Solovyovu nəzərdə tutub.
Puqaçova əvvəllər Solovyovu tənqid edib.