“Zaporojye nüvə obyektinin demilitarizasiyası ilə bağlı heç bir müzakirə aparılmır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin bəyanatında deyilir.
Qeyd edək ki, hazırda Zaporojya Rusiya ilə Ukrayna arasında davam edən müharibədə atəş xəttinin ortasındadır.
Nüvə obyektində baş verə biləcək fəlakət qorxusu dünyanı bürüyərkən, Kremldən gözlənilən açıqlama gəlib.
Kreml həmçinin bəyan edib ki, Ukraynadakı “xüsusi əməliyyat” hədəflərə çatana qədər davam edəcək.
Bəyanatda Ukraynanın ələ keçirdiyi bölgələrə hücumların təşkil olunduğuna dair məlumatlar da yer alıb.