“Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı rus işğalçıları üçün sürpriz olub, lakin ABŞ və müttəfiqlərini təəccübləndirməyib”.
Teleqraf.com xəbər verir ki, bunu general Pat Rayder Pentaqonda brifinq zamanı deyib.
“Məncə, təəccüblənən yəqin ki, ruslar idi. Əlbəttə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri biz ukraynalıların uyğunlaşmaq və döyüş imkanlarından böyük effekt əldə etmək üçün fövqəladə bacarıq nümayiş etdirdiklərini görmüşük”, - Rayder bildirib.
Pentaqonda keçirdiyi mətbuat brifinqi zamanı o, Ukrayna hərbçilərinin döyüş meydanında açılan hərbi imkanlardan istifadə etdiyini qeyd edib: "Ukrayna ordusuna silahların tədarükü də böyük rol oynayıb".
Rayder bildirib ki, Ramştein tipli görüş zamanı müttəfiqlər tədarükün saxlanılması və artırılması ilə bağlı razılığa gəliblər.