Ukrayna Silahlı Qüvvələrinin Cənubdakı uğurları çox gərgin döyüşlər və səylər sayəsində əldə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığının sözçüsü Nataliya Humenyuk məlumat verib.
“Uğurlar haqqında hesabat vermək hələ tezdir, çünki bunlar çox ağır döyüşlər və səylərlə əldə olunur. İrəliləyiş itədiyimiz qədər sürətli deyil, amma kifayət qədər effektivdir”, - o vurğulayıb.
Humenyukun sözlərinə görə, hesabat Ukrayna Silahlı Qüvvələri mövqelərini möhkəmləndirən kimi veriləcək:
“Demək olar ki, bütün cəbhə xətti boyunca irəliləyiş var. İrəliləmə çox qeyri-adi strateji elementlərlə hesablanır”.