Əfqanıstanın Milli Müqavimət Cəbhəsinin üsyançıları Pəncşir əyalətində radikal “Taliban” hərəkatının silahlı birləşmələrinin 300-ə yaxın yaraqlısını öldürdüklərini iddia edirlər.
Teleqraf.com xəbər verir ki, toqquşma nəticəsində Pəncşir əyalətindəki birləşmələrin rəhbərlərindən biri olan Molla Zakirlə yanaşı onun müavini də öldürülüb.
Qeyd edək ki, bir müddət öncə “Taliban”ın sözçüsü Zabihullah Mücahid bəyan edib ki, Pəncşirdə hərbi əməliyyat zamanı 40-a yaxın qiyamçı öldürülüb.