Rusiyada hərbi səfərbərlikdən qaçanların həbs cəzasının artırılması ilə bağlı qanun layihəsi Rusiya parlamentinin aşağı palatası Duma tərəfindən qəbul edilib.
Teleqraf.com xəbər verir ki, Dumada qəbul edilən qanun layihəsi ilə Rusiyada hərbi cinayət məcəlləsinə müxtəlif dəyişikliklər edilib.
Qanun layihəsinə görə, düşmən ordusuna könüllü təslim olan əsgərlər 10 il, müharibə zamanı talan edənlər isə 15 il müddətinə azadlıqdan məhrum edilə bilər. Səfərbərlik zamanı hərbi xidmətdən yayınmaya görə cəza da 5 ildən 10 ilə qaldırılıb.