21 Sentyabr 2022 10:17
1 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammiti çərçivəsində finlandiyalı həmkarı Sauli Niinistö ilə görüşərkən, yanlarına gələn Cənubi Koreya dövlət başçısı Yun Suk-yeol ilə söhbət edib.

Teleqraf.com xəbər verir ki, Cənubi Koreya prezidenti Ərdoğanın NATO-dakı rolunu və liderliyini yüksək qiymətləndirdiklərini bildirib.

Prezident Ərdoğan Yun Suk-yeolun onu ölkəsinə dəvət etməsinə cavabında bildirib ki, Cənubi Koreyaya səfər etməyi planlaşdırır.

“Görüşməliyik. Görməli çox işimiz var”, - Türkiyə lideri koreyalı həmkarına deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər