22 Sentyabr 2022 11:10
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc edilən məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna böhranının həllində diplomatik səyləri təqdir edilib.

Teleqraf.com xəbər verir ki, məqalədə Fransa Prezidenti Emmanuel Makronun vasitəçilik səylərinin qarşılıqsız və nəticəsiz qaldığı bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Ukraynadakı müharibənin həlli üçün dinc yolun önəmli olduğunu bildirərək, beynəlxalq təşkilatları və bütün ölkələri Türkiyənin davamlı sülhün bərqərar olması üçün göstərdiyi səyləri səmimi şəkildə dəstəkləməyə çağırıb.

“Nyu-York Tayms”ın məqaləsində Ərdoğanın BMT-dəki çıxışı və indiyədək sülh üçün göstərdiyi səylər yüksək qiymətləndirilib.

“Düşünürük ki, müharibənin heç vaxt qalibi olmayacaq, amma ədalətli sülh prosesinin uduzanları da olmayacaq. Bizə ağlabatan, ədalətli və etibarlı diplomatik proses vasitəsilə böhrandan layiqli çıxış yolu lazımdır”, - məqalədə qeyd edilib.

Manşetdə yer alan məqalədə Ərdoğan və Makronun sammitdə ən çox diqqətdə olan iki lider olduğu bildirilib. Məqalədə Prezident Ərdoğanın taxıl danışıqlarında mühüm rol oynadığı qeyd edilib və onun vasitəçiliyi ilə mart ayında keçirilən sülh danışıqlarına İstanbulun ev sahibliyi etdiyi xatırladılıb.

Prezident Ərdoğanın müharibə boyu Putinlə yaxın münasibətini davam etdirərək savaşın qlobal təsirlərini yüngülləşdirməyə çalışdığı və son görüşdə Ukrayna torpaqlarının geri qaytarılmasının vacibliyini vurğuladığı bildirilib.

Məqalədə Türkiyə liderinin diplomatik səyləri və uğurlarına diqqət çəkilərək, Makronun aylardır Putinlə əlaqə saxladığı, amma heç bir uğur əldə etmədiyi deyilib.

Makron məqalədə “sülhdə rol oynaya biləcəyini iddia edən Qərb alyansının sözçüsü” adlandırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər