Ukraynanın şərqində rusiyayönlü separatçıların nəzarəti altında olan qondarma Donetsk və Luqansk Xalq Respublikaları, həmçinin Zaporoje və Xerson vilayətlərini Rusiyaya birləşmək üçün planlaşdırılan “referendum” bu gün başlayıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin nəticələrini dəstəkləyəcəyi “referendumlar” sentyabrın 27-dək davam edəcək.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba “referendum”la bağlı qərara reaksiya verərək, saxta səsvermənin heç nəyi dəyişməyəcəyini deyib.
Türkiyə Xarici İşlər Nazirliyi və ABŞ Prezidenti Co Bayden də sözügedən “referendumlar”a etiraz edib.
Rusiyanın sözügedən bölgələri “referendum” nəticəsində ilhaq edəcəyi gözlənilərkən, Moskva rəsmiləri bundan sonra Rusiya ərazisi sayılacaq bölgələri müdafiə etmək üçün strateji nüvə silahlarından da istifadə edə biləcəkləri barədə xəbərdarlıq edirlər.