27 Sentyabr 2022 10:35
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya xarici işlər naziri Annalena Berbok Məhsa Əmininin ölümü ilə bağlı başlayan etirazları yatırmaq üçün zorakılıq tətbiq etdiyinə görə İrana qarşı sanksiya qərarının qəbul edilməsini istəyib.

Teleqraf.com xəbər verir ki, nazir İranda dinc etirazları ölümcül zorakılıqla yatırmaq cəhdlərinin cavabsız qalmamalı olduğunu bildirib.

Berbok bu məsələnin Avropa Birliyi (AB) çərçivəsində tez bir zamanda həll edilməsi vacibliyinə diqqət çəkib:

“Mənə görə, buna məsul şəxslərə qarşı sanksiyalar da daxildir”.

Nazir qadın hüquqlarının bir cəmiyyətin durumu üçün önəmli meyar olduğunu vurğulayıb: “Bir ölkədə qadınlar təhlükəsiz deyilsə, heç kim təhlükəsiz deyil”.

Digər tərəfdən, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner İranın Berlindəki səfirinin bu quruma çağırıldığını açıqlayıb.

Sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra məruz qaldığı işgəncə səbəbindən komaya düşərək həyatını itirən Məhsa Əmininin ölümü ölkədə hiddətə səbəb olub. Məhsa sentyabrın 17-də doğulduğu Saqqızda dəfn etdikdən sonra Tehranda, ölkənin qərb bölgələrində və Güney Azərbaycan şəhərlərində etirazlar başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu