27 Sentyabr 2022 12:30
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden COVID-19 pandemiyası səbəbiylə pozulmuş ənənəni bərpa edərək, dekabrın 1-də ölkəsinə rəsmi səfərə gələcək fransalı həmkarı Emmanuel Makronu Ağ Evdə qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer açıqlama verib.

“Prezident Co Bayden və birinci xanım Cil Baydenin dekabrın 1-də rəsmi səfəri zamanı Fransa Prezidenti Emmanuel Makron və xanım Bricit Makronu qəbul edəcəyini bildirmək istərdik. Bu, Bayden-Harris administrasiyasının qəbul edəcəyi ilk rəsmi səfəri olacaq”, - Jan-Pyer bildirib.

O qeyd edib ki, COVID səbəbindən prezidentin ənənəvi olaraq Ağ Evdə keçirdiyi bir çox şəxsi tədbirləri ləğv olunmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər