28 Sentyabr 2022 00:36
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada istehsal olunan pilotsuz təyyarələrin əksəriyyəti taktiki və texniki tələblərə cavab vermir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndəsi polkovnik İqor İşşuk “Pilotsuz nəqliyyat vasitələri texnologiyalarının inkişaf perspektivləri” adlı "dəyirmi masa"da çıxışı zamanı deyib.

"Müdafiə Nazirliyi pilotsuz uçuş aparatları üçün müvafiq taktiki-texniki tələblər hazırlayıb. Əksər istehsalçılar isə təəssüf ki, onları yerinə yetirmək iqtidarında deyillər. Əsas problem element bazasındadır", - MN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, vəziyyətlə əlaqədar hərbi idarə sadələşdirməyə, əlavə razılaşmalara, PUA-ların eksperimental rejimdə istismara qəbuluna məcburdur.

Bundan əvvəl xarici KİV-lər Rusiyanın Ukraynada döyüşmək üçün İranın pilotsuz uçuş aparatlarını aldığını yazıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər