28 Sentyabr 2022 10:32
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olduğunu bildirən İsrail rusiyapərəst separatçıların nəzarətində olan bölgələrdə keçirilən “referendumlar”ı tanımayacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada Ukraynanın şərqində rusiyayönlü separatçıların nəzarəti altında olan qondarma Donetsk və Luqansk xalq respublikaları, Zaporoje və Xerson vilayətlərində keçirilən “referendumlar”ın tanınmayacağı deyilib.

XİN İsrailin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olduğunu qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin qondarma referendumların nəticələrini dəstəkləyəcəyini açıqlayıb.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın bu addımına “Saxta referendumlar heç nəyi dəyişməyəcək” sözləri ilə reaksiya verib.

Rusiyanın “referendum” nəticəsində sözügedən bölgələri ilhaq edəcəyi gözlənilərkən, Kreml rəsmiləri “referendum”dan sonra “Rusiya ərazisi” sayılacaq bölgələri müdafiə etmək üçün strateji nüvə silahlarından da istifadə edə biləcəklərini bildirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər