Rusiya-ABŞ münasibətləri görünməmiş böhran içərisindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ABŞ-dakı səfiri Anatoli Antonovun “National Interest” jurnalı üçün məqaləsində qeyd olunub.
“Xatırlatmaq istəyirəm ki, bir neçə il əvvəl biz ikitərəfli dialoqun çətin mərhələsindən danışmışdıq. Ancaq heç kim hadisələrin belə təhlükəli həddə çatacağını ağlına belə gətirə bilməzdi. İllər ərzində çətinliklə yaradılan hər şey, o cümlədən, siyasi, iqtisadi, mədəni, elm və təhsil əlaqələri tarixin zibilliyinə atıldı", - səfir qeyd edib.