Misir məktəblərinin birində tənəffüs zamanı pilləkən uçub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı yerli prokurorluq məlumat yayıb.
Bildirilib ki, Giza əyalətinin Qahirənin cənub istiqamətində yerləşən Kerdasa kəndində qızlar ibtidai məktəbində pilləkən çöküb. Hadisə nəticəsində 1 uşaq ölüb, daha 15 nəfər yaralanıb.
Qeyd edilib ki, hadisə tənəffüs zamanı, uşaqlar dərslərinə qalxan zaman baş verib. Güman olunur ki, pilləkənlər məktəblilərin ağırlığına tab gətirə bilməyib və beton dayaq dağılıb.
Baş prokurorun göstərişi ilə faktla bağlı araşdırmalara başlanılıb