Prezident Vladimir Putin Ukraynanın işğal edilmiş Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərinin Rusiyaya ilhaq edilməsi haqqında müqavilələrin ratifikasiyası haqqında dörd qanun imzalayıb.
Teleqraf.com xəbər verir ki, müvafiq qərar Rusiya prezidentinin saytında dərc olunub.
Bununla bağlı anlaşma sentyabrın 30-da Moskvada imzalanmışdı.
Anlaşma Dövlət Dumasında təsdiq edilmişdi.