İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf.com xəbər verir ki, səfir İsveç dövlət televiziyasında Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz məzmunlu proqramın nümayişinə görə XİN-ə çağırılıb.
Diplomata Türkiyə və onun dövlət başçısı əleyhinə yönəlmiş təhqiramiz ifadə və görüntülərin dövlət telekanalında yayınlanmasının qəbuledilməz olduğu bildirilib.