7 Oktyabr 2022 12:26
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda fəaliyyət göstərən beynəlxalq “Eurasian Times” nəşrində dərc olunan məqalədə Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyənin Avrasiyada sülh açarı olduğu vurğulanıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Rusiya-Ukrayna böhranında sülh səyləri və diplomatik uğurları dünya ictimai rəyində rezonans doğurmaqda davam edir.

Kəşmirli Orta Asiya eksperti K. N. Pandita Hindistanda yerləşən beynəlxalq yayım şirkəti “Eurasian Times” üçün yazdığı məqalədə Türkiyənin strateji mövqeyinə diqqət çəkib.

Türkiyənin Asiya ilə Avropa arasında əhəmiyyətli körpü olduğuna diqqət çəkən nəşr ölkənin Şərqlə Qərb, Qara dəniz, Egey və Aralıq dənizi, Yunanıstanla Suriya arasında mühüm bir əlaqə olduğunu bildirib.

“Türkiyə NATO üzvüdür və Rusiya ilə yaxşı münasibətlərə malikdir. İki ölkə ticari və hərbi müqavilələr bağlayıb. Ortaq maraq doğuran bir çox sahədə əməkdaşlıq edirlər”, - yazıda qeyd edilib.

Hindistanın həm də Hind okeanının açarı kimi kritik bir coğrafi mövqeyə malik olduğunu və dünya ticarətinin üçdə ikisinin keçdiyi Malakka boğazının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını bildirən məqalədə Hindistanın Türkiyə ilə birlikdə olduğu vurğulanır, eyni bildirilir ki, bu, Avrasiyada sülhün açarı ola bilər.

Kəşmir mövzusunda fikir ayrılığını xatırladan məqalə müəllifi Ankaranın Hindistan və Pakistanın dialoq masasında problemləri həll etməli olduğu fikrinə tərəfdar olduğu təkrarlanır.

Məqalədə qeyd olunur ki, Türkiyə və Hindistan diplomatiya və dialoq alətləri ilə Şərq-Qərb uçurumunu zəiflətməyə çalışır.


Müəllif: Nemət

Oxşar xəbərlər