7 Oktyabr 2022 12:36
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu Suriyanın şimal-şərqində Qamışlı yaxınlığında həyata keçirdikləri quru əməliyyatında İŞİD terror təşkilatının silah və insan qaçaqmalçılığından məsul olan liderlərindən Rakkan Vahid əl-Şəmrini məhv edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimal-şərqindəki əməliyyat zamanı Rakkan Vahid əl-Şəmrini öldürüldüyünü təsdiqləyib.

“Dünən gecə ABŞ Mərkəzi Komandanlığı qüvvələri Suriyanın şimal-şərqindəki Qamışlı yaxınlığında İŞİD-in liderlərindən olan Rakkan Vahid əl-Şəmrini hədəf alan helikopter hücumu həyata keçirib”,- CENTCOM bildirib.

Açıqlamada Şamrinin hücumda öldürüldüyü, 1İŞİD üzvünün yaralandığı, 2 nəfərin sağ ələ keçirildiyi deyilir.


Müəllif: Nemət

Oxşar xəbərlər