İraq və Suriyada dəhşətlər törədən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İsrailin "Mossad" kəşfiyyatı tərəfindən yönəldilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin müşaviri Aleksandr Proxanov deyib.
Onun sözlərinə görə, İŞİD ABŞ-ın Yaxın Şərq siyasətinin bir hissəsidir: “ABŞ və İsrail bu məsələdə birdir. Onlar ikisi də İŞİD kimi terror təşkilatlarını dəstəkləyirlər”.
Proxanov İŞİD-in əsas hədəflərinin Rusiya və İran olduğunu qeyd edib.
Samir