Rus ordusu son 24 saatdı Ukrayna ərazisinə üç raket və 21 hava zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rus ordusu son 24 saat ərzində 3 raket, 21 hava zərbəsi və 104 dəfə reaktiv yaylım sistemlərindən zərbə endirib. Ruslar 40-dan çox yaşayış məntəqəsindəki obyektləri və mülki əhalini vurub. Nikolayev, Vinnitsa, Çerkassı, Çernyaxov, Beloqorovka, Spornoqo, Pavlovka, Mırnoqo və Davıdov hədəf olub. Bunun üçün ruslar İran istehsalı olan PUA-lardan, qanadlı raketlərdən və zenit-idarə olunan raketlərdən istifadə edib”, - məlumatda deyilir.
Baş Qərargah əlavə edib ki, Kramatorsk istiqamətində ruslar bütün təmas xətti boyunca tanklardan, minaatanlardan, lüləli və raket artilleriyasından atəş açıblar.
Bu vaxt Baxmut istiqamətində müxtəlif çaplı tanklar və artilleriya bütün təmas xətti boyunca hücuma keçib.
Novopavlovsk və Zaporojye istiqamətlərində rus ordusu 15-dən çox yaşayış məntəqəsini atəşə tutub.