15 Oktyabr 2022 11:16
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb dövlətləri Rusiyanın Ukraynaya nüvə zərbəsi endirəcəyi ehtimalına qarşı gizli fəaliyyət planı hazırlayırlar. Hökumətlər bu durumda öz ölkələrində xaos və panikanın qarşısını almaq niyyətindədirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “The Guardian” qəzeti rəsmi mənbələrə istinadən yazır.

“Qərb ölkələri nüvə fəlakəti durumunda insanlara təcili yardım göstərmək və nüvə eskalasiyasından qorxanları sakitləşdirmək planlarını nəzərdən keçirirlər. Mənbəmizin fikrincə, bu, bir sıra mümkün ssenarilər üçün ağıllı planlaşdırmadır. Bununla belə, Qərbdə nüvə böhranı mümkünsüz hesab edilir”, - qəzet vurğulayır.

Nəşr əlavə edir ki, nüvə müharibəsindən necə salamat çıxmağa dair ictimai məlumatlandırma kampaniyalarının təşkili də planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər