15 Oktyabr 2022 22:00
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Makron əslində Rusiyanı günahlandırmadı, əksinə özünə haqq qazandırdı. Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün "VKontakte" hesabında yazıb və Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittihamına sərt reaksiya verib.

Onun sözlərinə gprə, Makronun son açıqlaması erməni diasporasının rəğbətini qazanmağa hesablanıb:

"Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur".

Medvedyev Fransanı iyrənc müstəmləkə keçmişi olan ölkə adlandıraraq hazırkı ermənipərəst mövqeyinə görə qınayıb:

"İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün - (C'est une honte) ayıb olsun, cənab Prezident!".

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində çıxışı zamanı Rusiyanı Cənubi Qafqazda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər