Əsirlikdən azad edildikdən sonra döyüşə qayıdan rus hərbçi Ukraynada müharibə zamanı həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Denis Kazanski Teleqram kanalında məlumat verib.
“İnanılmaz hekayədir. Müharibənin ilk günlərində əsir düşən rusiyalı hərbçi Natan Kasatkin sonra dəyişdirilib. Amma nədənsə yenidən Ukraynaya qayıtmaq qərarına gəlib. Sonu bir az proqnozlaşdırıla bilən oldu, öldürüldü”,-jurnalist qeyd edib.
Kasatkin 3-cü hərbi birləşmədə 11-ci hücum briqadasında xidmət edib. Əslən buryat olan Kasatkin Ukrayna ordusuna əsir düşəndən sonra danışdırılıb, “Ukraynaya şöhrət” deyib, eləcə də Prezident Vladimir Putinə qarşı ifadələr işlədib.