"Çox güman ki, Vladimir Putin rus qoşunlarına Xerson vilayətində Dnepr çayının sağ sahilindən geri çəkilməməyi əmr edib, ona görə də ruslar bölgəni axıra qədər saxlamağa çalışacaq".
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Ora döyüş bölmələri gətirirlər, qeyri-döyüş hissələrini - “Rosqvardiya” və FSB bölmələrini geri çəkirlər. Sağ sahil işğal olunmuş qərb ərazilərinin “Axilles dabanı”dır”, - ekspert vurğulayıb.
Onun fikrincə, Ukrayna ordusu Dnepr çayının sağ sahilini geri alsa, Zaporoje və Krım istiqamətlərində mühüm üstünlük qazanacaq.
Jdanov qeyd edib ki, Kreml mənbələrindən Putinin sağ sahildən geri addım atmamaq əmri verdiyi barədə məlumat var:
“Sağ sahil uğrunda son rus əsgərinə qədər döyüşəcəklər. Xersonun bizə belə asanlıqla çatacağına ümid edə bilmərik”.
Onun sözlərinə görə, ruslar Dnepr çayının sağ sahilində imkan daxilində qruplaşmalarını gücləndirirlər.