27 Oktyabr 2022 10:45
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə məqsədlərindən əl çəkməyib. Onun ritorikası sülh danışıqları prosesi ilə uyğun gəlmir”.

Teleqraf.com xəbər verir ki, belə qənaətə Müharibə Araşdırmaları İnstitutu gəlib.

Analitiklərin fikrincə, Putin MDB xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşdə təbliğat xarakterli açıqlamalar verib: “Putin bəyan edib ki, Ukrayna öz suverenliyini itirib və ABŞ Ukraynadan Rusiyaya, Rusiya və Belarusiya İttifaqına, KTMT və MDB-yə qarşı istifadə edir”.

Eyni zamanda, Rusiya prezidentinin bəyanatlarını Dövlət Dumasının sədri Vyaçeslav Volodin də dəstəkləyib və o, “Ukraynanın NATO tərəfindən işğal edildiyini” və “ABŞ-ın müstəmləkəsinə çevrildiyini” bəyan edib.

Ekspertlər qeyd ediblər ki, bu cür bəyanatlar heç bir bərabərhüquqlu danışıqlarla bir araya sığmır.

“Kreml hələ də Ukraynada hərbi qələbəyə və Kiyevdə hakimiyyət dəyişikliyinə çalışır ki, bu da Ukraynanın Qərbdən uzaqlaşmasına təsir edəcək. Bu, həm də Putinin məqsədlərinin onun ilhaq etmək istədiyi ərazidən kənara çıxdığını göstərir”, - analitiklər izah edib.


Müəllif: Nemət