8 Noyabr 2022 20:45
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə toplantısında dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı müşayiət etmək və TDT xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə 9-11 noyabrda Özbəkistana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səmərqənd Zirvə Toplantısında Təşkilatla bağlı bir çox sahələrdə hüquqi infrastruktur məsələləri müzakirə olunacaq, cari və yeni əməkdaşlıq qiymətləndiriləcək. Tədbirdə həmçinin ortaq əməkdaşlıq üzrə qlobal və regional problemlər və təşkilatın gündəliyi müzakirə ediləcək.

Qeyd edək ki, M.Çavuşoğlu bu münasibətlə Çimkənddəki Türkiyə Fəxri Baş Konsulluğunu açmaq üçün noyabrın 9-da Qazaxıstana da səfər edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər