10 Noyabr 2022 13:30
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ABŞ-dan “Grey Eagle MQ-1C” pilotsuz təyyarələri almayacaq. ABŞ Prezidenti Co Baydenin administrasiyası hesab edir ki, bu cür yardım münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr qeyd edib ki, Konqres üzvləri Bayden administrasiyasını “Grey Eagle MQ-1C” də daxil olmaqla, orta hündürlükdə uçan dronları Ukraynaya göndərməyə çağırıb. Eyni zamanda mənbələr bu məsələ ilə bağlı müsbət qərar qəbul edilmədiyini bildiriblər.

“Bu, Ukraynanı Kiyevin aylardır tələb etdiyi müasir silahlardan məhrum edir. Pentaqon “Grey Eagle MQ-1C” pilotsuz təyyarələrinin verilməsinin münaqişəni qızışdıra biləcəyindən və Moskvanın ABŞ-a siqnal göndərə biləcəyindən ehtiyat edərək bu tələbi rədd edib. Bu silahlar Rusiya ərazisindəki mövqeləri hədəfə ala bilər”, - məqalədə vurğulanıb.


Müəllif: Nemət

Oxşar xəbərlər