Səhər saatlarında rus ordusu Zaporojye şəhərinin ətrafına raket zərbələri endiriblər.
Teleqraf.com xəbər verir ki, bunu Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux deyib.
“Rusiya terrorçularının məntiqini başa düşmək çətindir, gəlin diqqətli olaq. Səhər saat dörd radələrində işğalçılar tərəfindən Zaporojye ətrafına raket hücumu olub. 4 raket atıblar, ehtimal ki, S-300 vasitəsilə həyata keçiriblər. Tələfat və dağıntı aşkarlanmayıb”, - o bildirib.