17 Noyabr 2022 12:51
2 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İtaliya və Türkiyə tarixən Aralıq dənizində iki əsas oyunçudur”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra İtaliya Baş naziri Corciya Meloni deyib.

“Aralıq dənizi ilə bağlı gedən müzakirələr kontekstində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. İtaliya və Türkiyə tarixən Aralıq dənizində iki əsas oyunçudur. İki xalqın bir-biri ilə enerji və miqrasiya böhranları ilə bağlı bu formada müzakirələr aparması önəmlidir”, - İtaliya lideri bildirib.

Meloni Aralıq dənizində qeyri-qanuni miqrasiya ilə bağlı İtaliya və Fransa arasında yaranmış gərginliklə bağlı G-20-nin İndoneziyada (Bali) keçirilən sammiti çərçivəsində Prezident Emmanuel Makronla görüşüb-görüşməməsi ilə əlaqəli suala belə cavab verib:

“Fransa Prezidenti Makronla dəfələrlə görüşmüşəm. Avropanın problemləri barədə danışmaq üçün Bali adasına qədər gəlib-getməyə ehtiyac yoxdur”.

İtaliya baş naziri buna görə Baliyə gəlmədiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər