17 Noyabr 2022 21:25
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə “Malaysia Airlines şirkətinə məxsus təyyarə Ukraynanın şərqində Rusiya istehsalı olan raketlə vurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Haaqa Məhkəməsinin hökmündə bildirilir.

Məhkəmə hesab edir ki, təyyarə Ukrayna ərazisindəki Pervomaysk yaşayış məntəqəsindən buraxılan “Buk” raketi ilə vurtulub. Hadisə nəticəsində 283 sərnişin və 15 ekipaj üzvü ölüb.

Məhkəmənin hökmü ilə hava gəmisinin vurulmasında iştirak edən 4 nəfər qiyabi olaraq ömürlük azadlıqdan məhrum edilib.

Hökmdə həmçinin göstərilir ki, hadisə baş verən zaman raketin atıldığı qondarma “Donetsk Xalq Respublikası” Rusiyanın nəzarətində olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər