21 Noyabr 2022 17:11
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyi İranın bölgəyə yönəlik son hücumlarını pisləyib.

Teleqraf.com xəbər verir ki, bəyanatda İran hərbi qüvvələrinin son addımı “bağışlanılmaz” adlandırılıb.

“İran tərəfindən İraq və İraq Kürdüstanının suverenliyini dəfələrlə pozulması bağışlanılmazdır və beynəlxalq hüququn və qonşuluq münasibətlərinin kobud şəkildə pozulmasıdır. Biz İran Respublikasını Kürdüstan bölgəsinə qarşı bu təcavüzü dayandırmağa çağırırıq. Sabitlik heç vaxt zorakılıqla əldə edilə bilməz.

Şimali İraq Kürd Muxtariyyəti Bağdaddakı dostlarını və tərəfdaşlarını, Birləşmiş Millətlər Təşkilatını (BMT) və beynəlxalq ictimaiyyəti İranın davam edən təcavüzü ilə bağlı açıq və prinsipial mövqe tutmağa çağırır”, - bəyanatda deyilir.

Dünən gecə İran ordusu Ərbilin Köysancaq qəsəbəsinə raket zərbələri endirib. Nəticədə bir nəfər həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər