Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 14 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Missiyası Suriyanın şimalında qan tökmək, yerli əhalinin əmin-amanlığını və təhlükəsizliyini pozmaq olan PKK/YPG terrorçularına qarşı əməliyyatlarımız davam edir. “Sülh Çeşməsi” və “Zeytun Budağı” bölgələrində hücuma hazırlaşan 14 PKK/YPG terrorçusu zərərsizləşdirilib”, - məlumatda bildirilib.