29 Noyabr 2022 10:07
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Afrika Respublikasında (MAR) naməlum təyyarə Rusiyanın “Vaqner” qrupuna aid hərbi bazanı bombardman etdikdən sonra ölkəni tərk edib.

Teleqraf.com xəbər verir ki, hökumətin sözçüsü və rabitə naziri Serj Qislen Cori verdiyi açıqlamada naməlum təyyarənin şimal sərhədindən icazəsiz ölkə ərazisinə daxil olduğunu bildirib.

Corci təyyarənin Bossanqo şəhərindəki hərbi məntəqələri və pambıq istehsal mərkəzlərini bombaladığını deyib:

“Sülh düşmənlərinin bu alçaq hərəkəti cəzasız qalmayacaq”.

Onun sözlərinə görə, naməlum təyyarə “Vaqner” qruplaşmasına məxsus bazanı bombaladıqdan sonra şimal sərhədindən ölkəni tərk edib.

MAR və Rusiya hakimiyyəti 2018-ci ilin avqustunda ölkədə “zorakılığa qarşı birgə mübarizə” aparmaq üçün hərbi saziş imzalayıb.

“Vaqner” muzdluları MAR, Sudan, Liviya və Mozambikdə yerli ordulara təlim keçmək, rəsmi şəxsləri mühafizə etmək, üsyançı və ya terrorçu qruplarla mübarizə aparmaq, qaynar nöqtələrdə qızıl, almaz və uran mədənlərini qorumaq adı altında fəaliyyət göstərirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər