İndoneziyanın Mərkəzi Yava əyalətində torpaq sürüşməsi olub.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə azı 3 nəfər ölüb, 108 nəfər itkin düşmüş hesab edilir.
Xilasedicilər itkin düşən şəxslərin tapılması üçün axtarış tədbirləri həyata keçirirlər. Mütəxəssislər İndoneziyada, xüsusən yağış mövsümündə, torpaq sürüşmələrinin baş verməsini meşələrin sürətli kəsilməsi ilə izah edirlər.