5 Dekabr 2022 12:47
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məni güllələməyə aparırlar. Bu gün mən, sabah başqası... Vəssalam”.

Teleqraf.com xəbər verir ki, Rusiyanın “The Insider” qəzetinin yazdığına görə, noyabr ayının 20-də “LPR” adlanan xalq milisinin 7-ci motoatıcı rotasına komandirlik edən Viktor Sevalnev həyat yoldaşı Liliyaya zəng edərək onu güllələnməyə apardıqlarını bildirib.

Telefon zəngində Viktor Sevalnev komandanlığın onu edam etməsinə səbəb kimi rotasında olan əsgərlərin fərarilik etməsini göstərib:

“Bu gün mən, sabah başqası, vəssalam. Onlar üçün öldürücü materialımız var. Müdafiə Nazirliyi adamları güllələyir. Onlar bilirlər ki, biz 200-cüyük və heç bir şeyə fikir vermirlər. Mən hara qayıtmaq istərdim. Bilsəydim ki, bu belə bir müharibədir... Mən Viktor Anatolyeviç Sevalnev 27 sentyabr 1979-cu il təvəllüdlüyəm. Bura adam göndərməyin”.

Dekabrın 1-də Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi isə Viktorun həyat yoldaşına bildirib ki, əri noyabrın 25-də separatçı Donetsk Xalq Respublikasında qəlpə yaralarından və başından aldığı güclü zərbədən dünyasını dəyişib.


Müəllif: Nemət

Oxşar xəbərlər