6 Dekabr 2022 09:38
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Türkiyənin İraq və Suriyada PKK/YPG terror təşkilatına qarşı keçirdiyi hava əməliyyatları ilə əlaqədar ilin sonuna qədər bölgə ölkələrinin iştirakı ilə İordaniyada toplantı təşkil etmək istədiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, Prezident Emmanuel Makron və İraq Baş naziri Məhəmməd Şiə əl-Sudani arasında baş tutan telefon danışığında liderlər Türkiyənin İraq və Suriyaya hava hücumlarından sonra bölgədə gərginliyin artması ilə bağlı “narahatlıq”larını bölüşüblər.

Yelisey Sarayından verilən açıqlamada iki liderin ilin sonuna qədər İordaniyanın iştirakı ilə Əmmanda region ölkələri ilə görüş keçirməyə razılaşdıqları, amma sammitə hansı ölkələrin qatılacağının dəqiqləşdirilmədiyi deyilib.

Türkiyənin Parisdəki səfirliyindən verilən açıqlamaya görə, Əmmanda keçirilməsi gözlənilən regional toplantıda əvvəlki kimi Türkiyənin də iştirakı gözlənilir. Səfirlikdən bildirilib ki, Türkiyə ötən ilin avqustunda nazirlər səviyyəsində keçirilən eyni formatda regional toplantıda iştirak edib.

“Türkiyəsiz belə bir regional toplantının keçirilməsi mümkün deyil”, - açıqlamada vurğulanıb.

Türkiyənin İraq və Suriyanın ərazi bütövlüyünə verdiyi önəmin hər fürsətdə dilə gətirildiyi və hər iki ölkəyə əsas təhlükənin PKK terror təşkilatından gəldiyi diqqətə çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər