Yəmən sərhədçiləri qadın paltarı geymiş "Əl-Qaidə" terror təşkilatının bir neçə yaraqlısını zərərsizləşdiriblər. Teleqraf.com "RİA Novosti" agentliyinə istinadən bu barədə məlumat verir.
Yəmən təhlükəsizlik xidmətindəki mənbəyə istinadən Assoşieyted Press agentliyi bildirib ki, əsgərlər ölkənin şimalında yaraqlılarla olan avtomobili saxlayıblar. İlkin məlumatlara görə, yaraqlılardan biri avtomobilə daxil olmağa çalışan əsgərə atəş açaraq onu yaralayıb.
Yaraqlıların dəqiq sayı məlum deyilir. Mənbələrdən birinin məlumatına görə, onlar üç nəfər olub, digər mənbə isə beş yaraqlının ləğv olunması barədə bildirib.