8 Dekabr 2022 23:28
325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Olaf Şolz Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti haqda danışıb.

Teleqraf.com xəbər verir ki, kansler Putinə Ukrayna müharibəsi və bunun səbəbləri məsələsində fərqli prizmadan baxdığını deyib.

“Ancaq bu ağır duruma baxmayaraq, bir-birimizlə danışmağımızın lazım olduğuna inanıram”, - Şolz bildirib.

Onun sözlərinə görə, Putinlə son görüşdə Ukraynada şəhərlərin və infrastrukturun bombalanmasını pisləyib və bunun beynəlxalq hüququ açıq şəkildə pozduğunu təkrarlayıb.

Kremldə barışıq istəyi görüb-görmədiyi sualına Şolz müharibənin amansızcasına davam etdiyini söyləyib: “Hələlik bir şey dəyişib. Beynəlxalq ictimaiyyətin “qırmızı xətt” təyin etməsinə cavab olaraq, Rusiya nüvə təhdidini dayandırdı”.

Ukraynanı dəstəkləməyə davam edəcəklərini vurğulayan kansler bu dəstəyin həm də Avropada sülh nizamının xilası üçün olduğunu qeyd edib:

“Müdafiəyə çox pul xərcləyirik, çünki Rusiyanın başqa ölkələrə hücum etməyəcəyinə zəmanət yoxdur. Eyni zamanda, bu çox vacibdir - Rusiya ilə NATO arasında birbaşa müharibənin qarşısını almaq üçün əlimizdən gələni edirik. Belə bir qarşıdurmada yalnız uduzanlar ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu