“Birliyimizi və həmrəyliyimizi təhdid edən terror təşkilatlarına qarşı mübarizəmizdə tək qaldığımızı heç vaxt unutmayacağıq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hər kəsə göstərdik ki, sərhədlərimizin təhlükəsizliyi üçün başladığımız əməliyyatları davam etdirmək iradəmiz var.
Terrorla mübarizə qlobal əməkdaşlıqla aparılmalıdır. Dünyanın, xüsusən də Avropanın ən böyük təhlükə olaraq gördüyü İŞİD-ə ən ağır zərbəni biz vurduq. Bunu meydanda sübut etmişik. Maraqlıdır, bu gün “mənəm-mənəm” deyən ölkələr İŞİD-ə qarşı mübarizə aparırmı?”, - Türkiyə lideri vurğulayıb.
Ərdoğan Türkiyənin NATO-dakı müttəfiqlərinə digər mesajı belə olub:
“Bütün fədakarlıqlarımıza baxmayaraq, birliyimizi və həmrəyliyimizi təhdid edən terror təşkilatlarına qarşı mübarizəmizdə tək qaldığımızı heç vaxt unutmayacağıq”.