Türkiyə ABŞ və Rusiyanın nəzarətində olan PKK/YPG terror təşkilatını öz sərhədlərindən təmizləmək üçün genişmiqyaslı quru əməliyyatına hazırlaşır.
Teleqraf.com xəbər verir ki, buna qarşı çıxan ABŞ meydanda gərginliyi artıracaq addım atmağa başlayıb.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Patrik Rayder baş verənlərlə bağlı belə deyib:
“ABŞ adından deyə bilərəm ki, Suriya Demokratik Qüvvələri ilə birgə əməliyyatlarımız yenidən başlayıb. Dekabrın 9-dan etibarən tam olaraq start götürüb. Yenə deyirəm, yerli tərəfdaşlarla işləməyə ayırdığımız diqqətin əsas səbəbi İŞİD-in yenidən qruplaşmasına imkan verməməkdir”.
Rayder Türkiyənin Suriyada PKK/YPG-yə qarşı mümkün quru əməliyyatı ilə bağlı sualı şərh etməyəcəyini bildirib.
PKK/YPG-nin İstanbulda törətdiyi teraktdan sonra Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda bir çox terror hədəflərinə qarşı hava əməliyyatı keçirib.
89 hədəfin məhv edildiyi “Pəncə-Qılınc” əməliyyatından sonra ABŞ və PKK/YPG bölgədəki birgə patrullarını azaltmalı olub.