Avropa İttifaqı (Aİ) Türkiyəyə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulması üçün təzyiq göstərir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin Türkiyənin Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalarda iştirakı ilə bağlı açıqlamasını məntiqli hesab etməyib.
Mətbuat katibi Cozep Borrelin Türkiyənin Aİ-yə üzv ölkələr kimi Rusiyaya qarşı sanksiyalara əməl etməsi ilə bağlı açıqlamasını rasional düşüncədən uzaq olduğunu deyib və Türkiyənin Moskva administrasiyası ilə əlaqələri səbəbindən hədəf alındığını bildirib.
Zaxarova bəyan edib ki, Aİ Türkiyəyə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulması üçün təzyiq göstərir.