19 Dekabr 2022 11:18
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Xayber-Paxtunxva əyalətində silahlılar polis məntəqəsini ələ keçirərək içəridəkiləri girov götürüblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb

Məlumata görə, Bannu Terrorizmlə Mübarizə Mərkəzi burada saxlanılan silahlılar tərəfindən ələ keçirilib. Baş verən qarşıdurmada silahlılar iki polisi yaralayıb, digərlərini isə girov götürüblər.

Aidiyyəti qurumlar girovların xilas edilməsi üçün əməliyyata başlayıblar. Yaraqlıların Əfqanıstana təhlükəsiz keçid istədikləri açıqlanıb.

Polis idarəsində 15-ə yaxın silahlının olduğu, 6-7 nəfəri girov götürdüyü bildirilir.

Yaraqlıların hansı təşkilata mənsub olduğu qeyri-müəyyən olaraq qalır.

Talibanın Pakistan qanadı (TTP) noyabrın 28-də sosial şəbəkədə İslamabadla mayın 10-da başlayan atəşkəsin sona çatdığını və silahlılarının ölkə daxilində təhlükəsizlik qüvvələrinə hücum əmri verdiyini açıqlayıb. Təşkilat həmin tarixdən sonra təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını artırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər