22 Dekabr 2022 15:29
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin “Forbes” siyahısına daxil olan milyarder Ruben Vardanyanın Xankəndinə köçmək üçün Rusiya vətəndaşlığından imtina ərizəsini təmin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

Rusiya Federasiyası Prezidentinin imzaladığı 22 dekabr 2022-ci il tarixli 935 nömrəli “Rusiya Federasiyasının vətəndaşlığına qəbul və Rusiya Federasiyasının vətəndaşlığından çıxması haqqında” Fərmanla Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxarılıb

Müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər