Hollandiya Baş naziri Mark Rütte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, hökumət başçısı qlobal qida probleminin həllindəki roluna görə Türkiyənin fəaliyyətini təqdir edib.
“Ərdoğanla danışdım. Müharibə zamanı sıx təmasda olmaq yaxşıdır. Türkiyənin taxıl müqaviləsini uzatmaq səyləri təqdirəlayiqdir və qlobal ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. NATO çərçivəsində əməkdaşlıq və regionda baş verən hadisələrdən də danışdıq”, - Rütte bildirib.