25 Dekabr 2022 16:59
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Çjetszyan əyalətində bir gündə koronavirusa milyondan çox yoluxma qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Təxminən 64,5 milyon nəfər əhalisi olan əyalətdə yanvarın 1-dək yoluxmanın 2 milyona çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ötən gün Çində pandemiya dövründəki ən böyük yoluxma dalğası olub. Belə ki, ölkə üzrə bir gündə koronavirusa 37 milyon nəfər yoluxub. Ümumilikdə dekabrda 248 milyon insan, yəni əhalinin təxminən 18%-i xəstələnib.


Müəllif: Teleqraf.com